“Şimal axını”ndakı mümkün təxribatla bağlı araşdırma başlanıb

“Şimal axını”ndakı mümkün təxribatla bağlı araşdırma başlanıb<span class="qirmizi"></span>

İsveç polisi “Şimal axını” qaz kəmərindən baş vermiş sızmaların səbəblərini araşdırmağa başlayıb.

“Säpo (İsveç Polis Qərargahının milli təhlükəsizliyə qarşı cinayətlərin aşkarlanması və qarşısının alınması bölməsi) hadisələri diqqətlə izləyir, lakin hələ əlavə ediləcək başqa bir məlumat yoxdur”, - polisin sözçüsü Qabriel Vernstedt bildirib.

İsveç və Danimarkadakı ölçmə stansiyaları hətta sızmalar aşkar edilməmişdən əvvəl də böyük partlayışlar qeydə alıb. Norveçli ekspertlər qaz kəmərlərinə qarşı növbəti təxribat riski barədə xəbərdarlıq ediblər.

Mənbə: iz.ru

Mənbə: www.oxu.az