Misir Qasımlının apellyasiya məhkəməsi keçirildi: "İlk qələbəmizi qazandıq!"

Misir Qasımlının apellyasiya məhkəməsi keçirildi: "İlk qələbəmizi qazandıq!"<span class="qirmizi"></span>

Ukraynada həbsdə olan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının apellyasiya məhkəməsi keçirirlib. 

Kiyevdəki Azərbaycan diasporunun rəhbərlərindən biri olan Hikmət Cavadovun Musavat.com-a verdiyi məlumata görə, apellyasiya məhkəməsi Misir Qasımlının xeyirinə qərar çıxarıb. 

"Bu gün Kiyev apellyasiya məhkəməsində Qarabağ qazisi Misir Qasımlının işində ilk qələbəmizi qazandıq. Belə ki, apellyasiya məhkəməsi Obuxov məhkəməsinin 18.05.2022 tarixli qərarını ləğv etdi. Bu isə bizə Obuxov məhkəməsində gələn aya təyin olunan proseslərdə böyük üstünkük verir.

Ümid edirəm ki, oktyabr ayının sonunda Misirlə bağlı məhkəmə prosesi bizim xeyrimizə bitəcək və qazimiz azadlığa çıxacaq", - Hikmət Cavadov qeyd edib. 

Qeyd edək ki, Misir Qasımlı İkinci Qarabağ savaşının iştirakçısıdır. O, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, Vətən müharibəsi qazisi olan Misir Qasımlı bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. M.Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını deyib və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəmişdi.

Mənbə: www.musavat.com