İstanbulda “Aedes” həyəcanı: Əhali narahatdır - FOTO

İstanbulda “Aedes” həyəcanı: Əhali narahatdır - <span class="qirmizi">FOTO</span>

Türkiyənin İstanbul şəhərində ağcaqanadların yeni zəhərli növü yayılıb.

“Aedes” növündən ağcaqanadlar dişlədikdə böyük yaralar əmələ gəlir. Qızdırma, başağrısı, gözlərdə qızartı, xüsusən də bədəndə səpgilər və əzələ ağrıları ilə müşayiət olunur.

İstanbulda bu növ ağcaqanadlarda artım müşahidə olunur. Əhali bu haldan ciddi narahatlıq keçirir. Bələdiyyələr isə ağcaqanadlarla mübarizə üçün müxtəlif vasitələrdən istifadə edir.

Ağcaqanadların təbiətdə özbaşına meydana gələn və ya insan əli ilə yaradılan hər cür durğun su qaynaqlarında çoxaldığı qeyd edilir.

Bildirilir ki, bu ağcaqanadlar birdəfəyə 200-400 yumurtanı durğun su olan yerlərdə qoyur. Sürətlə böyüyən ağcaqanadlar son bir həftədə daha da çoxalıb.

Bu ağcaqanadların sancdığı adamlar ciddi narahatlıqlar hiss edə bilir və bu səbəbdən də xəstəxanaya müraciət edirlər.

 

Mənbə: Haber Global

Mənbə: oxu.az