Daşkəsəndə minik maşını aşdı: Xəsarət alanlar var

Daşkəsəndə minik maşını aşdı: Xəsarət alanlar var<span class="qirmizi"></span>

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.oxu.az