Azərbaycanda internetə qoşulan təhsil müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda internetə qoşulan təhsil müəssisələrinin sayı açıqlanıb<span class="qirmizi"></span>

Azərbaycanda internetə qoşulan təhsil müəssisələrinin sayı 91 faizdir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini xatırladıb ki, 2015-ci ildə ölkədə təhsil müəssisələrinin cəmi 47 %-i internetə qoşulmuşdusa, hazırda bu bu rəqəm 91 faiz təşkil edir: "2000-ci illərin əvvəlində 1 062 şagirdə 1 komputer düşürdüsə, indi bu göstərici 18-ə 1-dir. Məqsədimiz odur ki, bir müddət sonra 6 şagirdə 1 komputer düşsün".

Mənbə: report.az