30 ildir asfalt çəkilməyən küçənin sakinləri etiraz edir - FOTO

30 ildir asfalt çəkilməyən küçənin sakinləri etiraz edir - FOTO<span class="qirmizi"></span>

Bakıda Yasamal rayonu ərazisində yerləşən küçələrin birində acınacaqlı vəziyyət hökm sürür. Belə ki, küçədə yolun asfalt hissəsinin yararsız vəziyyətdə olması sakinləri təngə gətirib.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən Nazim Hacıyev küçəsinin sakinləri yolun tez bir zamanda təmir olunmasını istəyirlər.

Sakinlərin iddiasına görə, adı çəkilən küçəyə 30 ildir asfalt çəkilmir. Nəticədə həmin küçədən istifadə edən piyadar və nəqliyyat vasitələri böyük çətinliklə üzləşirlər. Yağışlı havada isə küçədə gölməçələrin yaranması vəziyyəti daha da gərginləşdirir.

Mənbə: baku.ws