Gəlin toyuna polis maşınında gəldi

İngiltərənin Uest-Midlends əyalətinin Uednsberi şəhərində gəlin polis furqonunda toya gəlib və qonaqları təəccübləndirib.

Milli.Az bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Şənbə günü, sentyabrın 24-də 23 yaşlı Alişa Brayerli anası və gəlinin rəfiqələri ilə birlikdə toyuna gedib. Qadınlar yarı yolda qəfildən xarab olan limuzində səyahət ediblər. Həmin an mərasimin başlanmasına 50 dəqiqə qalıb. Gəlin narahat olub ağlamağa başlayıb, çünki toya gecikməkdən qorxub.

Brayerlinin dostu Sara-Ceyn dərhal hərəkətə keçməyə qərar verib. O, ətrafa baxıb və anlayıb ki, maşın həmin gün futbol matçının keçirildiyi stadionun yaxınlığında xarab olub. Qadın polis mikroavtobusunu görüb və ona tərəf qaçıb. O, polisə başına gələnləri danışıb və gəlin ilə birlikdə kilsəyə getməyi xahiş edib.

"Polislər əla idilər. Kömək etməkdə israr etdilər. Bu, mənim planlaşdırdığım limuzin deyildi, amma başqa kim deyə bilər ki, o, toyuna bu şəkildə gəlib", - deyə Brayerli xatırlayıb.

Nəticədə gəlin toya vaxtında çatmağı bacarıb. Bəy və qonaqlar onun belə qeyri-adi nəqliyyatda gəlməsinə çox təəccübləniblər.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

158 mindən çox Peterburqlu xərçəngdən əziyyət çəkir

SONRAKI XƏBƏR

Vəkil 4 banka 4,4 milyon "atdı"