Dərbənddə əhali səsgücləndiricilərin köməyi ilə hərbi komissarlığa çağırılır – VİDEO

 

Dərbənd küçələrində səsgücləndirici vasitəsilə yerli kişiləri sənədlərilə birgə hərbi komissarlığa gəlməyə çağıran xüsusi avtomobil peyda olub.

Sosial şəbəkələrdə bununla bağlı müvafiq görüntülər yayılıb.

Hərbi komissarlıq təsdiqləyib ki, onlar şəhərə bir neçə belə maşın buraxıblar.

Daha sonra Dağıstan rəhbəri Sergey Melikov səsgücləndiricilərdən istifadə edilərək hərbi komissarlığa çağırıldıqları üçün Dərbənd sakinlərindən üzr istəyib.

O bildirib ki, bütün məsul şəxslərə, o cümlədən hüquq-mühafizə orqanlarına vəziyyəti tez araşdırmaq və günahkarlara qarşı ən sərt tədbirlərin görülməsini tapşırıb.

Mənbə: lenta.ru

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

SONRAKI XƏBƏR

Kadırov Donbasa getdi