Kəlbəcər, İstisu: ermənilər və azərbaycanlılar təbiət möcüzəsinin içində... Amma fərqə baxın...

Kəlbəcər faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə də məşhur olub. Kimyəvi tərkibinə görə, istisu bulqları Çexiyanın dünyaca tanınan Karlovı-Varı mineral bulaqları ilə oxşardır.

Hətta bəzi xüsusiyyətlərinə görə, İstisu mineral bulaqlarının insan orqanizminə faydasının daha güclü təsiri müəyyən edilib. İstisu mineral bulaqları tam 12 çeşmədən ibarətdir. Bulaqların bəzilərində suyun hərarəti 45-48, bəzilərində isə 70 dərəcə olur. Qısa arayış verək ki, İstisu mineral bulaqları 1138-ci ildə Kəlbəcərdə baş verən güclü zəlzələ sonrası yerin qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bu faydalı mineral sulardan yararlanmaq üçün 1928 - ci ildə İstisu sanatoriyası yaradılıb. Kəlbəcərin işğal dövrünədək bu mövcüzəvi suyu nəinki ölkəmizdə, bütün potsovet dövlətlərində tanıyıblar. Nəticə eitbarı ilə 1951-ci ildə "İstisu" sanatoriyasında kurort xəstəxanası və mehmanxana tikilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, işğal dövründə isə düşmən ölkəmizin mədəni abidələrinə, zəngin təbiətinə qənim kəsildiyi kimi İstisu sanatoriyasnı da viran qoyub. İllərlə çəkilən əziyyət məhv edilib. Amma 44-günlük Vətən müharibəsi sonrası Kəlbəcər rayonu o, cümlədən İstisu qəsəbəsi işğaldan azad olundu. Beləcə İstisudan videolar paylaşan düşmənin Kəlbəcərdən izləri silindi. Elə istisudan video paylaşaraq bizləri hədələyən erməni blogger Gevork Sujyan kimi.

Bulaqlarının faydaları bir çoxumuza bəllidir. Bu möcüzəvi su yataqları mədə-bağırsaq, qaraçiyər və digər xəstəliklərin müalicəsində mühüm əhəmiyyətə malikdir. Artıq Kəlbəcər kimi İstisu da bizimdir. Bu torpaqların tarixi sahiblərinin. Ümidlərimiz böyükdür. Aparılan quruculuq işləri nəticəsində İstisu sanatoriyası yenidən qurulacaq. Kəlbəcərə yeni nəfəs gələcək. Gözəlliyi ilə hər kəsi heyran qedən bu bölgəmiz əsl turizim məkanına çevriləcək.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İtaliya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

SONRAKI XƏBƏR

Putindən qismən səfərbərliklə bağlı növbəti TAPŞIRIQ