Cəlilabadda YOL QƏZASI - Ölənlər var

Cəlilabadda YOL QƏZASI - Ölənlər var<span class="qirmizi"></span>

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media