Putin Qırmızı Meydanda çıxış etdi: Onlara borcluyuq - VİDEO

Putin Qırmızı Meydanda çıxış etdi: Onlara borcluyuq - <span class="qirmizi">VİDEO</span>

Rusiya Prezidenti Vladimir Putin Qırmızı Meydanda Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində keçirilən “referendumlar”ın nəticələrinə dəstək məqsədilə baş tutan mitinq-konsertdə çıxış edib.

Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

“Bu gün kimə borclu olduğumuzu bilirik. Biz qəhrəman əsgər və zabitlərimizə, Donbas milislərinə, könüllülərə borcluyuq. Biz burada – Qırmızı Meydandayıq, onlar isə döyüşdə xalqın seçimini qəhrəmancasına müdafiə edərək döyüşürlər. Ona görə də dəstək, minnətdarlıq əlaməti olaraq, onların xidmətlərini nəzərə alaraq, buradan, Qırmızı Meydandan onlara dəstək siqnalı göndərməyi təklif edirəm. Mən bunu yüksək səslə etməyi təklif edirəm ki, onlar bunu minlərlə kilometr uzaqdan eşitsinlər. Üç dəfə "Ura", - deyə Putin bildirib.

Xatırladaq ki, bundan əvvəl Kreml Sarayının Georgiyevski zalında Ukraynanın 4 vilayətinin Rusiyaya ilhaqına ilə bağlı sazişlərin imzalanması mərasimi olub.

Mənbə: axar.az