Bir küçənin necə iki adı var? - Yasamalda ilginc fakt - VİDEO

Bəzi küçələr ad üzünə həsrət qalıb, taksi çağıranda, evə qonaq gələndə bilmirsən ki, ünvanı dəqiq necə izah edəsən. İndi təqdim edəcəyimiz süjetdə isə 1 küçənin 2 adı var. Söhbət Yasamal rayonundan gedir. Buradakı Əsəd Əhmədov və ya Dadaş Bünyadzadə küçəsindən. Rəsmi sənədlərdə də adlar fərqli göstərildiyi üçün burada yaşayan insanlar hazırda çaş-baş qalıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu binanın sakinləri yaşadıqları küçənin adından narazadır. Söhbət Yasamal rayonu Əsəd Əhmədov küçəsindən gedir, ya da Dadaş Bünyadzadə küçəsindən.

Sakinləri dilə gətirən məqam da budur. Küçənin adının dəqiq olmaması... Şəhid ailələrinə məxsus bu binanın sakinləri bildirirlər ki, küçəyə milli qəhrəman Əsəd Əhmədovun adı verilsə də, bu ünvanı əksər adam tanımır. Elə onlara verilən rəsmi sənədlərdə də fərqli adların qeyd olunması onlara problem yaradır.

Sakinlərin sözlərinə görə bina onların səlahiyyətinə verilən gündən küçənin rəsmi adı Əsəd Əhmədov olaraq adlandılırıb. Küçənin adı yazılmış lövhələr də ərazidəki binaların üzərindən asılıb. Problemlə bağlı onlar hətta bir neçə rəsmi quruma da müraciət ediblər.

Məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsindən bildirildi ki, əraziyə nümayəndə göndərilib və məsələ araşdırılacaq.

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Küçədə silahla hücuma məruz qalan MHP üzvü öldü - Video

SONRAKI XƏBƏR

Bolqarıstan Prezidenti: “Azərbaycandan qaz tədarükü bir çox ölkə üçün vacibdir”