Neftçilər AZNEFT İB Baş direktoru Şahmar Hüseynovdan Çilov adasındakı yeməkxananı yoxlamağı xahiş edirlər...

Neftçilər AZNEFT İB Baş direktoru Şahmar Hüseynovdan Çilov adasındakı yeməkxananı yoxlamağı xahiş edirlər...<span class="qirmizi"></span>


Neftçilər yazdı:
AZNEFT İB Baş direktoru Şahmar Hüseynov bu gün Çilov adasına gəlir. Və onlar Şahmar müəllimdən bu suala aydınlıq gətirilməsini xahiş edirlər:
-Əvvəllər Çilov adasındakı yeməkxanana Xəzəriaşə işlədirdi. Yeməkxana (yəqin ki,bina nəzərdə tutulur) 28 May NQÇİ-yə məxsusdur. Pandameya dövründə həmin yeməkxana bağlandı
Teref.az yazır ki, bunu Mirvari Gəhrəmanli öz profilində yazıb. Daha sonra Mirvari xanım yazır:
İndi həmin yeməkxananı 28 May adına NQÇİ-nin sosial məsələlər üzrə müavini Ələddin Mürsəlovun bacısı oğlu işlədir. Neftçilərin bildiyinə görə bloklarda çalışan neftçilər üçün ayrılmış ərzağın müəyyən hissəsi həmin yeməkxanaya verilir. Və yenidən satılır.
Neftçilər Baş direktordan yuxarıda qeyd olunan problemə diqqət yetirməyi, və həmin yeməkxanaya göndərilən ərzağin hardan və kimin vasitəsilə təmin olunduğunu araşdırmağı xahiş edirlər. .
Teref.az

Mənbə: teref.az