İranda hicabsız küçəyə çıxanların sayı artmaqdadır


İranda Məhsa Əminin ölümündən başlamış etirazlar davam edir. Həbs edilənlərin sayı artsa da və internetə giriş məhdudlaşdırılsa da, sosial mediada Tehran, Bəndər Abbas, Kirman, Sənəndəc, Rəşt və Məşhəddən hökumətə qarşı nümayişlərdən görüntülər yayılır.
Başını açan, hicablarını yandıran, məcburi hicaba qarşı çıxan qadınların sayı da artmaqdadır. Bu həftə Dünya Rad adlı qadın Twitter-də hicabsız şəklini paylaşayaraq rəfiqəsi ilə səhər yeməyi üçün kafeyə getdiyini yazıb.
Onların fotosu sosial mediada minlərcə dəfə yayılandan sonra qadının həbs edildiyi bildirilib. İranda deyirlər ki, İran küçələri "məcburi hicab dövrünün bitdiyinə" işarədir, amma bəzilərinə görə bu, İran hökumətinin zəiflədiyi demək deyil.
 

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan: “Azərbaycanın qələbəsindən sonra regionda sülhün bərqərar olacağına ümid yarandı”

SONRAKI XƏBƏR

Səfirdən Azərbaycan açıqlaması: Yeni başlanğıcdır!