Ölkədə məhsulların faktiki qiymətlərlə dəyəri açıqlanıb

Ölkədə məhsulların faktiki qiymətlərlə dəyəri açıqlanıb<span class="qirmizi"></span>

2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib.

Bu barədə Musavat.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz artıb.

Mənbə: www.musavat.com