Qubada avtomobilin vurduğu piyadanın kimliyi AÇIQLANDI

Qubada avtomobilin vurduğu piyadanın kimliyi AÇIQLANDI<span class="qirmizi"></span>

 

Qubada piyada naməlum avtomaşınla vurulub və o, yerindəcə ölüb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs Xucbala kənd sakini Zülfüqar Etibar oğlu Məmmədovdur.

Hazırda onun hansı avtomobillə vurulduğu araşdırılır.

Quba rayon polis şöbəsinin əməkdaşları hadisəni törədən sürücünün kimliyini və idarə etdiyi nəqliyyat vasitəsinin markasını araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Mənbə: bizim.media