Məhəmmədəli Qəribli : Əkrəm Əylisli uzun müddətlik qış yuxusundan xortlayır və ardınca məlum video ortalığa çıxır!

Məhəmmədəli Qəribli : Əkrəm Əylisli uzun müddətlik qış yuxusundan xortlayır və ardınca məlum video ortalığa çıxır!<span class="qirmizi"></span>

Hadisələrin inkişafına diqqət edək. İki gün əvvəl, Əkrəm Əylisli uzun müddətlik qış yuxusundan sonra yenidən xortlayır və ermənilərə tam fərqli məzmunda sevgi mesajları verir. Tədbirin təşkil olunduğu məkana yığışanlar hətta onu alqışlayırlar da.
Ardınca bu qurama bir video ortaya çıxır. Güya Azərbaycan əsgərləri əsir düşən erməniləri “gülələyir” kimi bir səhnəcik lentə alınaraq, dövriyəyə buraxılır.
Dərhal bizim liboşlar, heç nəyi araşdırmadan Azərbaycan Ordusunu və əsgərimizi hədəfə alır, onların cəzalanmasını tələb edir. Hətta aralarında Azərbaycanı hərbi cinayət törətməkdə ittiham edənlər də tapılır.
İstənilən orta səviyyəli bir prodakşına 5-10 manat pul versək, erməni dilində danışıq və söyüşlərin olduğu 40 saniyəlik eyni səhnəni ermənilərin törətdiyi ilə bağlı da çəkə bilər.
Maraqlı olan bizim qərbə bağlı qüvvələrin informasiya savaşında ermənilərlə eyni səngərdə yer almalarıdır.
Bəzi tanınmış ictimai statuslu şəxslərin “Əsgərimiz düz edib, erməniləri gülələyib” kimi emosionlal mövqeyi bizim ziyanımıza işləyir. Düşmən elə bizi bu cür provakasiyaya çəkib, təxribat videosunun bizə aid olduğunu sübut edən əlavə dəlillər toplamağa çalışır. Ayıq olaq!

Mənbə: xeberal.az