İki ildir doğum gününü qeyd etməyən şəhid anasını sevindirdilər - VİDEO

İki ildir doğum gününü qeyd etməyən şəhid anasını sevindirdilər -  VİDEO<span class="qirmizi"></span>

“Fire Land Production” və “Mənim Atam Qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov Vətən müharibəsi şəhidi Əsəd Həsənovun anasını doğum günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə nəğməkar-şair instaqramda paylaşım edib.

Qurbanov bildirib ki, şəhid anası iki il idi doğum gününü qeyd etmirdi:

“Dünən qəhrəman şəhidimiz Əsəd Həsənovun Mələk anasının doğum günü idi. Gülərüzlü anamız iki il idi ki, bu günü qeyd etmirdi. Cənnətdə belə anasının küskünlüyündən nigaran qalan Əsəd qardaşımız bu günün özəlliyini yuxulardan bizə çatdırdı.

Düşünmədən gecə vaxtı onların qapısını döydük. Sevgi ilə yığılan o gül çələngini Əsəd qardaşımın adından Mələk anama çatdırdıq. Cənnətdən yollanan çiçəklərə görə Mələk anamız qədər Əsədin balaları da sevindi. Şəhidlərimizi fəda etdiyi can qarşısında bizim etdiklərimiz zərrə olsa da, şəhid əmanətlərinin üzünü güldürməyə yetir.

Unutmayaq ki, şəhidin ruhu onun doğmalarının yanında, baxışlarındadır. O simalardakı məmnunluq şəhidin ruhunu şad edir.

Öz anamdan seçmədiyim Mələk anamı ürəkdən təbrik edirəm! Nə yaxşı ki, bu dünyaya gəldin və qəhrəman Əsədimizi bizə tanıtdın!”.
 

Mənbə: azvision.az