Bu sürücülərin nəzərinə: 100 manat cərimə oluna bilərsiniz - VİDEO

Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində 54 nəfər xəsarət alıb. Bu barədə Kliniki Tibbi Mərkəzdən Xəbər Ertəsinə bildirilib. Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayət oğlu deyir ki, yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Bu minik vasitələrindən istifadə edənlər qəzaların əsas səbəbini bir çox küçə və prospektlərdə alternativ yolların olmamasında görürlər.

Sürücülər isəxüsusilə skuter və moped istifadəçilərinin ehtiyatsız davrandıqlarını və tez-tez qəza şəraiti yaratdıqlarını deyirlər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Araz Əsgərli bildirir ki, yol hərəkətinə dair qaydalar bütün hərəkət iştirakçılarına aiddir.

Araz Əsgərli həmçinin deyir ki, motosikletlər də digər avtomobillər kimi dövlət qeydiyyatlı nəqliyyat vasitəsidir və eyni tələblərə həmin minik vasitələrinin sürücüləri də əməl etməlidilər.

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

4 şagirdli məktəbin müəllim-direktoru TƏƏSSÜRATLARINI danışır – Özəl

SONRAKI XƏBƏR

Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə keçmiş prezidentləri günahlandırıb