Ov mövsümü başladı: Azərbaycanda bu heyvanları ovlamaq qadağandır - VİDEO

Kimi üçün peşə, kimi üçünsə əyləncə və ya hobbi...

Artıq bir müddətdir ki, ölkə ərazisində ov mövsümü başlayıb. Ancaq ov etmək üçün də gərək müvafiq sənədlərin və icazən olsun. Bundan başqa qarşına çıxan hər heyvana da tələ qura bilməzsən. Zaqatalalı ovçular deyirlər ki, hazırda rayon ərazisində maral, cüyür, dağkeçisi və çöl qabanına rast gəlmək mümkündür. Ancaq bunların ovlanması qadağandır.

Şəkili ovçular dabildirirlər ki, rayonun təbiəti vəhşi heyvanlarla zəngin olsa da, ov imkanları məhduddur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Muxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev hazırda vəhşi heyvanlardan qabanın, quşlardan isə cüllütkimilərin ovlana biləcəyini deyir. Oktyabrın 14-dən etibarən su bataqlıq quşlarının ovuna da icazə veriləcək.

Qeyd edək ki, balıq ovuna ötən aydan icazə verilib ki, burada da sənaye balıqlarının ovlanması yolveriləndir.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

4 şagirdli məktəbin müəllim-direktoru TƏƏSSÜRATLARINI danışır – Özəl

SONRAKI XƏBƏR

Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə keçmiş prezidentləri günahlandırıb