ÜST: “Dünyada koronavirusa yoluxma halları azalıb”

ÜST: “Dünyada koronavirusa yoluxma halları azalıb”<span class="qirmizi"></span>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir həftə ərzində dünyada COVID-19-a yoluxma hallarının 6% azaldığını bildirib.

Məlumata görə, eyni dövrdə bu xəstəlikdən ölənlərin sayı isə 12% azalıb.

Mütəxəssislərin məlumatına görə, sentyabrın 26-dan oktyabrın 2-dək 2,9 milyon insan koronavirusa yoluxub, 8,3 mindən çox şəxs bu xəstəlikdən dünyasını dəyişib. Xəstəliyin ən böyük azalması Afrika və Qərbi Sakit okean regionunda qeydə alınıb.

Bir həftə ərzində ən çox yoluxanlar isə Almaniya, ABŞ, Yaponiya və Çində olub.

 

Mənbə: www.oxu.az