Bakı Dəmir Yolu Vağzalında insident - VİDEO

Bakı Dəmir Yolu Vağzalında insident - <span class="qirmizi">VİDEO</span>

Bu gün səhər saatlarında Bakı Dəmir Yolu Vağzalında sərnişinlərlə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları arasında insident yaşanıb.

Sumqayıt-Bakı qatarından istifadə edən şəxslər sərnişin sıxlığının həddindən çox olması, sürət qatarları arasındakı intervalın böyüklüyü, qatarlarda havalandırma sisteminin işləməməsi barədə etirazlar ediblər.

İlkin məlumata görə, etiraza səbəb sıxlıq səbəbindən bir neçə nəfərin halının pisləşdiyi olub. İnsidentə polis müdaxilə etməli olub. 

Xatırladaq ki, ötən gün bu istiqamətdə olan sıxlığa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da reaksiya verib. O bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil: “Sadəcə, sərnişinlərin sayı çoxdur”.

Mənbə: qafqazinfo.az