Bakıda yol üstündə qan töküldü: Keçmiş polisi bıçaqladılar

Səbail rayonunda xuliqanlıq niyyəti ilə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, vaxtilə daxili işlər orqanlarında serjant işləmiş, 1995-ci il təvəllüdlü Asim Abdullazadəni 2000-ci il təvəllüdlü Ələddin Əhmədli bıçaqlayıb. Yaralının vəziyyəti ağır kimi qitmətləndirlir.

Əməldə şübhəli bilinən Ə.Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə avtomobil idarə edən tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Britaniyanın Baş naziri: "Avropa Rusiyadan enerji tədarükünü dayandırmalıdır"

SONRAKI XƏBƏR

Edillidəki erməni vəhşiliyi hərbi attaşelərə göstərildi - FOTO