Siyəzəndə qəzada yaralanan sürücü Sumqayıta gətirildi - FOTO

Siyəzəndə qəzada yaralanan sürücü Sumqayıta gətirildi - FOTO<span class="qirmizi"></span>

 

Bakı - Quba yolunun 113-cü km-də, Siyəzən rayonunun Gilgilçay qəsəbəsindən keçən hissəsində baş verən qəzanın təfərrüatları məlum olub.

Bizim.Media-nın DİN-in Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsindən əldə etdiyi məlumata görə, Siyəzənin Yenikənd sakini, 26 yaşlı Ələkbər Əsgərov idarə etdiyi "VAZ-2109" markalı avtomobillə Bakı istiqamətinə gedərkən əks istiqamətdən gələn Xocalı sakini, 37 yaşlı Məhəbbət Təvəkkül oğlu Cavadovun idarə etdiyi yük maşınına çırpılıb.

Nəticədə Ələkbər Əsgərov Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

İlk yardımdan sonra yaralı Sumqayıt şəhər xəstəxanasına göndərilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Mənbə: bizim.media