Məşhur kinostudiyanı məhkəməyə verdilər


Azərbaycanın aparıcı banklarından biri olan “Azər-Türk-Bank” ASC tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatına verilib. Hazırlıq iclası oktyabr ayının 18-i saat 16:30-a təyin olunub. Məhkəmə iddiasının hansı səbəbdən qaldırıldığı bildirilmir.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin sahibi Zaur Darab-zadəyə məxsus olduğu bildirilir. “Cinemazadeh” MMC-yə məxsus olan və hazırda fəaliyyət göstərməyən “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadədir.

A. Cəfərov

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Özbəkistan Putini ordenlə təltif etdi

SONRAKI XƏBƏR

İlham Əliyev Praqada mühüm iclasda - VİDEO