Liposaksiya etdirən qadın az qala qollarını itirəcəkdi - FOTO

Liposaksiya etdirən qadın az qala qollarını itirəcəkdi - FOTO<span class="qirmizi"></span>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindən olan mühacir qadın liposaksiya və dərinin dartılması əməliyyatından sonra sepsis xəstəliyinə tutulub və az qala qollarını və ayaqlarını itirəcəkdi.

Milli.Az bildirir ki, bu barədə Malay Mail məlumat yayıb.

Dubayda işləyən 30 yaşlı Misir əsilli Fatima Amin sosial şəbəkədə reklam gördükdən sonra xaricdə estetik əməliyyat etdirməyə qərar verib. "Mən həmişə arıqlamaq arzusunda idim, ona görə də səfəri və proseduru səbirsizliklə gözləyirdim", - qadın deyib.

Əməliyyat onun ümidlərini doğrultmayıb. Aminin ağrılı olmasına baxmayaraq, o, heç bir dərman və ya əlavə prosedur olmadan cəmi bir gün sonra evə buraxılıb. Bir neçə gündən sonra onun vəziyyəti o həddə pisləşib ki, nə ayaq üstə dura, nə də normal yeriyə bilib.

Dubaya qayıtdıqdan sonra Amin yenidən xəstəxanaya yerləşdirilib. Məlum olub ki, əməliyyatdan sonra onda sepsis yaranıb. Bu səbəbdən qadının əl və ayaqlarının yaraları genişlənərək irinləməyə başlayıb. O xatırlayıb: "Bir anda mən əzalarımın amputasiya olunacağından qorxdum".

Sonrakı üç həftə ərzində Amin müalicə olunub. İndi onun səhhəti bərpa olunub, yenidən yeriməyə başlayıb.

Amin insanları sosial şəbəkələrdə reklamlarda endirim vəd edən kosmetoloqların xidmətindən istifadə etməməyə çağırıb. "Həyatımın ən pis təcrübəsi idi, amma sağ olduğum üçün şadam", - o deyib.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az