Bu siroplar Azərbaycanda qeydiyyatdan keçməyib

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın Maiden Pharmaceuticals şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə apa-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirib.

Bildirilib ki, oktyabrın 6-da göndərilən xəbərdarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart).

Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır.

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.

BAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Ukrayna İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olur

SONRAKI XƏBƏR

Kütləvi məzarlıqla bağlı cinayət işi açılıb - VİDEO