İtaliyalı qadınlar saçlarını kəsərək İran səfirliyinə göndərirlər

 

İtaliyada qadınlar İrandakı etirazlara fərqli formada reaksiya veriblər.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, “Leine” televiziya proqramında qadınlara çağırış edilib.

Onlardan saçlarının bir hissəsini kəsib zərfə qoyaraq İran İslam Respublikasının Romadakı səfirliyinə göndərmələri, daha sonra videolarını “Qadın, həyat, azadlıq” həştəqi ilə dərc etmələri istənilib.

İtaliyalı qadınlar çağırışa səs verərək, saçlarını kəsib səfirliyə göndəriblər və bununla bağlı sosial şəbəkələrdə paylaşım ediblər.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Gördük ki, Qarabağda böyük işlər görülür"

SONRAKI XƏBƏR

Sumqayıt-Xırdalan-Bakı qatarından istifadə edənlərin NƏZƏRİNƏ!