Məktəb direktoru üçün pul yığılan səs yazısı ortaya çıxdı: “100 manat azdır, heç olmasa 150 edək” - VİDEO

Məktəb direktoru üçün pul yığılan səs yazısı ortaya çıxdı: “100 manat azdır, heç olmasa 150 edək” -  <span class="qirmizi">VİDEO</span>

Abşeron rayonu Novxanı kənd Mehdi Hüseynzadə adına 1 saylı orta məktəbin müəllimlərinin direktor üçün pul yığmaq məqsədi ilə göndərilən səs yazıları ortaya çıxıb.

Belə ki, sözügedən səs yazısı məktəbin Azərbaycan dili və Ədəbiyyat fənninin müəllimi Aytən Əmirovaya aiddir.

Səs yazısında A.Əmirova “100 manat azdır, birdən xoşuna gəlməz. Heç olmasa 150 edək, üzümüz ağ olsun, öz müqəddəratımız üçün” sözlərini deyib.

Məsələ ilə bağlı A.Əmirova Baku TV-yə açıqlama verib:

“Məktəb müdriyyətimizin 2021-ci il 20 dekabr tarixində ad günü olacaqdı, bu səbəbdən 150 manat qeyd edilsədə 100 manat məbləğində gül buketi alaraq hədiyyə etmişik”.

Məktəbin direktoru Taliyyə Mirzəyeva qeyd edib ki, sözügedən səs yazısı yayıldıqdan sonra müəllimlərlə danışıb:

“Müəllimdən səs yazısında niyə müqəddəratı sözünü işlətdiyini soruşduqda, gül buketinin daha yaxşı olması üçün dediyini qeyd edib”.

Daha ətraflı Baku TV-nin süjetində:

Mənbə: www.oxu.az