Tələbələrin təqaüdləri ilə bağlı yeni xəbər - VİDEO

Ərzaq məhsullarının bahalaşması, eləcə də kirayə qiymətlərinin artması tələbələrin də xərclərinə təsir edib. Bu hal xüsusilə rayondan gəlib paytaxtda təhsil alan tələbələri daha çox narahat edir. Ona görə də, düşünürlər ki, onların da təqaüdləri artırılmalıdır.

Tələbələr deyirlər ki, hazırkı təqaüdlərin məbləği orta aylıq xərclərini qarşılamır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, təhsil üzrə ekspert Elşən Qafarovun sözlərinə görə, elə tələbələr var ki maddi ehtiyaclarını qarşılaya bilmədikləri üçün təhsilini yarımçıq qoymalı olurlar. Bundan başqa kirayə, internet, xüsusilə də ərzaq qiymətlərinin artması da tələbələrin xərclərinə təsirsiz ötüşmür.

Elm və Təhsil Nazirliyindən isə "Xəbər Ertəsi"nə bildirildi ki, tələbə təqaüdlərinin artırılması ilə bağlı məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“ASB Avropada sülhü bərpa etmək üçün bir fürsətdir” - Zelenski

SONRAKI XƏBƏR

18 kilo qızılı, 18 evi olan müğənni