Bu yolda sürət həddi dəyişdirildi, sürücülər narazılıq edir - FOTO

Bu yolda sürət həddi dəyişdirildi, sürücülər narazılıq edir - <span class="qirmizi">FOTO</span>

Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən hissəsində sürət həddi dəyişdirilib.

“Qaradağ market”in qarşısında əvvəllər saatda 90 kilometr olan sürət həddi 70-ə endirilib. Sürücülər sürət həddinin texniki qurğuya – radara az qalmış bu formada dəyişdirilməsinin doğru olmadığını bildiriərək etiraz edirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ərazidəki iaşə obyektlərinin qarşısında bir neçə dəfə yol-nəqliyyat hadisəsinin baş verməsi əsas gətirilərək sürət həddinin azaldılması ilə bağlı vətəndaşların müraciətləri daxil olub: “Ərazidə sürət həddinin azaldılması ilə ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskinin azalması nəzərə alınaraq tərəfimizdən müvafiq təklifə müsbət rəy verilib və Bakı Nəqliyyat Agentliyi tərəfindən mövcud yol nişanı quraşdırılıb”.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, radara 150-1000 metr qalmış sürət həddini bildirən yol nişanı quraşdırıla bilər.

 


Mənbə: qafqazinfo.az