Bakıda “Moped“ təhlükəli vəziyyət yaratdı: Polis bu sürücünü axtarır - VİDEO

Bakıda “Moped“ təhlükəli vəziyyət yaratdı: Polis bu sürücünü axtarır - <span class="qirmizi">VİDEO</span>

Bakıda moped sürücüsü və onun sərnişini kobud qayda pozuntusuna yol verib. Onlar öz həyatları ilə yanaşı digər hərəkət iştrakçıları üçün ciddi təhlükə yaradıblar. Təsəvvür edin, sərnişin qismində olan gənc hərəkətdə olan mopedin üstündə ayaq üstə durub. O, bununla sanki şou göstərib. Artıq polis həmin kadrlar əsasında araşdırmalara başlayıb.

Hərəkətdə olan mopeddə ayağa duraraq sanki şou göstərir.

Görüntülər həmin anların şahidi olan sürücülərdən biri tərəfindən çəkilib. Hərəkətin intensiv olduğu paytaxtın Ziya Bünyadov prospektində avtomobillərin arası ilə hərəkət edən moped sürücüsü və sərnişini təhlükəli vəziyyət yaradıblar.

Kadrları izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sürücü kobud qayda pozuntusuna yol verib və o ərazidəki xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək idarəyə dəvət ediləcək.

Araz Əsgərli yollarda kobud qayda pozuntusuna yol verən kuryer xidməti göstərən moped sürücülərinə ciddi xəbərdarlıq edib.

Baş İnspektor əlavə edib ki, skuter və mopedlərdən istifadə edən şəxslər yol hərəkəti qaydalarını pozduqları təqdirdə inzibati qaydada 20 manatdan 100 manata qədər cərimə oluna bilərlər.

Mənbə: news.milli.az