Ölkə üzrə 8 sanitar poliqon qurulacaq

Ölkə üzrə 8 sanitar poliqon qurulacaq<span class="qirmizi"></span>

 

Ölkə üzrə 8 sanitar poliqon qurulacaq.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, regionlarda tullantıların idarə olunması üçün müasir poliqonlar yoxdur:

“Çoxu Sovet dövründən qalan istismar müddətini başa vuran poliqonlardır. Həmin poliqonları Bakıdakı poliqon səviyyəsinə çatdırmaq üçün Dünya Bankı tərəfindən qiymətləndirmələr aparılıb. Ölkə üzrə 8 yeni sanitar poliqon və 8 ötürücü məntəqənin qurulması nəzərdə tutlur”.

Qeyd edilib ki, artıq bu işlərə başlanması üçün layihələr hazırlanıb:

"İlkin mərhələdə Abşeron regional poliqonuna düşən rayonlar - Sumqayıt, Xızı, Qobustan və Abşeron ərazisində formalaşan tullantıların müasir tələblərə cavab verən formada zərəsizləşdirilməsi və ötürücü məntəqənin qurulması təklif olunub".

Bizim.Media

Mənbə: bizim.media