Bu torpaqlardan alınan vergi artırılacaq - VİDEO

Bu torpaqlardan alınan vergi artırılacaq - VİDEO<span class="qirmizi"></span>

Azərbaycanda 4,7 milyon hektar kənd təsərrüfatı təyınatlı torpaq ehtiyatı mövcuddur. Onun 1,9 milyon hektarı əkin təyinatlı torpaqlardır. Bunu "Xəzər Xəbər"ə açıqlamasında kənd təsərrüfatı nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib. O, həmçinin qeyd edib ki, əkin üçün ayrılan torpaqların böyük əksəriyyəti aktiv istifadə olunur.

Təyinatı üzrə istifadə olunmayan torpaqlardan alınan vergi artırılacaq. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Ümumilikdə ölkədə 4,7 milyon hektar kənd təsərrüfatı təyınatlı torpaqdan 1,9 milyon hektarı əkinə yararlıdır və aktiv şəkildə istifadə olunur.

Kənd təsərrüfatı təyinatlı torpaqların digər böyük bir qismi isə örüş-otlaq sahələri kimi istifadə olunur. Təkcə Laçın və Kəlbəcərdəki yay otlaqları ümumi ölkənin yay otlaqlarının 35-40%-ni təşkil edir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 130 min hektar əkinə yararlı torpaq ehtiyatı mövcuddur.

Mənbə: news.milli.az