Bir gecədə böyüyən uşaqlar - VİDEO

Gəncəyə müxtəlif tarixlərdə endirilmiş 5 raket zərbəsi nəticəsində həyatını itirmiş 26 dinc sakindən 6-sı uşaq idi. Elə yaralanan və doğmalarını itirənlər arasında da azyaşlıların sayı kifayət qədər idi.

O dəhşətli günlərin ağrı-əzabını kiçik çiyinlərində daşıyan uşaqlardan biri 9 yaşlı Dinara Muradovadır.

Dinara ilə eyni həyətdə oynayan Nilay isə hər iki valideynini və nənəsini itirib, evsiz-eşiksiz qalıb. İndi bu dağıntılar arasında onun acı xatirələri yatır.

Xədicə də indi nənə və babasının himayəsindədir. Məsum gözləri hələ də valideynlərini, bir də özündən kiçik bacısını axtarır.

Vətən müharibəsi zamanı düşmənin törətdiyi vandalzim aktlarının izləri heç vaxt yaddaşlardan silinməyəcək. Həmin hadisələrin şahidi olmuş uşaqlar isə hələ də tam dərk edə bilmədikləri erməni terrorunun dəhşətini xatırlayır, itkilərin ağrısını qavramağa çalışırlar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Qazın qiymətini necə aşağı salmağı müzakirə edirik - Şolts

SONRAKI XƏBƏR

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb