Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatının işçiləri tətillər keçirir.

Tətillərdə avtobus, tramvay sürücüləri və metro qatarlarının maşinistləri iştirak edir.

Belə ki, tətil Bavariya istisna olmaqla, bütün federal torpaqlarda keçirilir.

Ver.di həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhər Axen və Mannheim-Heidelberq-Ludvigshafen bölgəsidir.

Etiraz aksiyalarının əsasən sabah başa çatacağı bildirilir.

Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.

Mənbə: axar.az