Alimpaşa Məmmədovun həbs olunandan sonra ilk görüntüləri - VİDEO

Alimpaşa Məmmədovun həbs olunandan sonra ilk görüntüləri - VİDEO<span class="qirmizi"></span>

Həbsdə olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə baxış iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, "Qafqazinfo" sabiq icra başçısının həbs olunduqdan sonra ilk görüntülərini yayıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov vaxtilə oliqarx məmurlardan hesab olunub. Ötən ilin aprelində DTX tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunur.

Mənbə: www.yeniavaz.com