Əmək Məcəlləsində dəyişiklik EDİLDİ

Əmək Məcəlləsində dəyişiklik EDİLDİ<span class="qirmizi"></span>

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununa dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 11-ci maddənin 1-ci hissəsinin “g” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “ğ” bəndi əlavə edilsin:
“ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək.”.

2. 65-ci maddənin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.”.

3. 67-ci maddənin 2-ci hissəsinə “işçinin” sözündən əvvəl “işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud” sözləri əlavə edilsin.

4. 78-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.”.

5. 179-cu maddənin 2-ci hissəsinin “h” bəndində “ayrılmaqla” sözü “tam və ya qismən ayrılmaqla” sözləri ilə əvəz edilsin.

Bizim.Media

Mənbə: bizim.media