Azərbaycanda məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb

Azərbaycanda məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb<span class="qirmizi"></span>

"Azərbaycanda məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb".

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlər açıqlamasında deyib.

Onun sözlərinə görə, müraciətlər, əsasən, fiziki zorakılıq faktları ilə bağlıdır: "Amma mənəvi, psixoloji zorakılıq, seksual qısnama halları hələ ki üstüörtülü qalır. Qadınlar bu məsələləri açıqlamaqdan çəkinirlər və ya iş yerlərini itirməkdən qorxurlar".

Sədaqət Qəhrəmanova onu da əlavə edib ki, müraciətlərin artması insanların maariflənməsi ilə bağlıdır.

O bildirib ki, insanlar arasında maarifləndirmə işləri davam etdirilməlidir.

Mənbə: report.az