Nazir pensiya yaşı ilə bağlı məsələyə aydınlıq gətirdi

Nazir pensiya yaşı ilə bağlı məsələyə aydınlıq gətirdi<span class="qirmizi"></span>

“Azərbaycanda pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”. 

Bunu Milli Məclisdə çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu gün ölkədə 65 yaşa çatanların 60% faizi pensiya, yerdə qalanları isə sosial müavinət alanlardır: “Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq”.

S. Babayevin sözlərinə görə, bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlə uzun illər boyu sosial sığorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz: “Biz o zaman pensiya sistemini dağıdarıq və sığortaəsaslı pensiya sisteminə malik olmarıq”.

Nazir ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: “Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 % pensiyaçı 12 ildən çox alır”.

Mənbə: qafqazinfo.az