“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik ediləcək

“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik ediləcək<span class="qirmizi"></span>

 

Bakı, 25 noyabr, AZƏRTAC

“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanuna edilən dəyişiklik pensiya yaşına çatmış vətəndaşların pensiya hüquqlarının genişləndirilməsinə xidmət edir. Belə ki, sənədə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.

Mənbə: azertag.az