Çində pandemiya alovlanır – “Ağpaltarlılar” insanlara belə hücum edir – VİDEO

Çində pandemiya alovlanır – “Ağpaltarlılar” insanlara belə hücum edir – VİDEO<span class="qirmizi"></span>

Çin 2020-ci ilin pandemiya tədbirlərinə qayıdır. İri şəhərlər bütünlüklə qapanır, insanlar yenidən evlərə qapadılır, testi pozitiv çıxanlar ailəlikcə hər şeydən təcrid olunur.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə əhali ilə ağgeyimli maskalı hökumət adamları arasında qarşıdurma artır, insanlar küçələrdə əhatəyə alınır, tələyə salınır, evlərə, xəstəxanalara, hətta iş yerlərində qapadılır.

Qapanma zamanı adamlar hətta yemək üçün də çölə çıxmır, onlara qapıdan yemək və su atılır.

Qapanmanın nə qədər davam edəcəyi məlum deyil.

Çin hökuməti yoluxmanın qarşısı alınmazsa bir gündə yüz minlərlə yoluxanın olacağından və bütün ölkəni cənginə alacağından narahatdır. Əgər Çində pandemiya alovlansa, ordan bütün dünyaya yayılacaq.

 

Aygün Musayeva

Mənbə: www.bakupost.az