Azərbaycanda 50-yə yaxın baxçada isti yemək veriləcək

Növbəti həftədən Azərbaycanda 50-yə yaxın baxçada isti yeməklə təminata başlanılacaq. AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, bağçalarda uşaqların qidalanmasına dair standartların ilkin versiyası hazırlanıb.

"Hazırda bağçalarda uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir. Qida qramla qeyd edilib. Siyahıdakı ərzaqların bir çoxu bazarda yoxdur. Bizim yanaşmamız qida növləri ilə deyil, kalori, yaşa uyğun norma ilə tənzimlənmədir".

Aytən Zəhra



 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

“Bizdə Güney Azərbaycanla bağlı informasiyalar yalnız daxili auditoriyaya hesablanır” – PR mütəxəssisi

SONRAKI XƏBƏR

Krediti ödəyə bilməyənlər həbs oluna bilərmi? - CAVAB