Qaçqınlar çex məktəblərində “demoqrafik artım”a kömək ediblər

 

Praqa, 25 noyabr, AZƏRTAC

Çexiyaya qaçqınlar axını maraqlı nəticələrə gətirib çıxarıb: bu il sentyabr ayında ölkədə məktəblilərin sayı ilk dəfə olaraq 1 milyonu keçib.

AZƏRTAC Çexiya Təhsil Nazirliyinin Orta məktəblər departamentinin məlumatına istinadla xəbər verir ki, ölkədə məktəblilərin dəqiq sayı 1.007.778 nəfərdir. Beləliklə, Çexiya tarixində ilk dəfə bu göstərici milyonu aşıb. Çexlər bu rekorda görə ukraynalı qaçqınlara təşəkkür etməlidirlər. Bu il Çexiya məktəblərində ukraynalı qaçqın uşaqların sayı 50.859 nəfər və ya bütün əcnəbi uşaqların 70 faizi qədərdir. Ukraynalı qaçqın uşaqların əksəriyyəti ibtidai siniflərdə oxuyur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Emin Əmrullayev: 1235 məktəb fiber-optik internetlə təchiz olunub.

SONRAKI XƏBƏR

Səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsinə aydınlıq gətirilib