"Bəzi müəllimlərin diplomlarının gerçək və ya saxta olduğunu müəyyən edə bilmirik"

"Bir qism müəllimlər var ki, onların diplomunun mənbəyini təyin edə bilmirik".

Redaktor.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə dedi.

Onun sözlərinə görə, sovet dönəmində diplom alan bir qrup müəllimlər var ki, onların diplomlarının gerçək və ya saxta olması ilə bağlı heç bir məlumat əldə etmək olmur.

"Hətta müəllimlər diplomla yanaşı, həmin dönəmdə diplomu təqdim edən nazirlik nümayəndəsi ilə şəklini də sübut olaraq gətirir, amma yenə də həmin diplomların nə qədər həqiqəti əks etdirdiyini sübuta yetirə bilmirik", - deyə nazir bildirdi.

Nərmin Vüqarqızı

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

“Baş məşqçi bizə hörmətsizlik etdi”

SONRAKI XƏBƏR

Məşhur repçi təcavüzə görə 13 il HƏBS OLUNDU – FOTO