Nazir: "Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem həll olunub"

Nazir: "Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem həll olunub"<span class="qirmizi"></span>

"Məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem həll olunub".

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda bütün dərsliklər məktəbə çatdırılıb və heç bir problem yoxdur.

Nazir bildirib ki, məktəblərə dərsliklərin çatdırılması ilə bağlı yaranmış problem mətbəə ilə bağlı olub: "Tenderi udan qurum işini vaxtında icra edə bilməmişdi. Bu da regionda baş verən hadisələrlə əlaqəli kağız çatışmazlığı və qiymət artımı ilə bağlı idi. Təbii ki, bütün bunlar nöqsandır. Noyabrın əvvəlinə qədər problem həll oldu. Amma elektron şəkildə dərsliklərin hamısı bazada var idi".

Mənbə: report.az