Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan  <span class="qirmizi">DANIŞDI</span>

“Nəcibə Axundovanı yenidən direktor təyin edərək ona ikinci şans verdik”.

Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Nazir səs yazısı yayılan direktorla bağlı qeyd edib ki, bir il müddətində Nəcibə Axundovanın fəaliyyəti nəzarətdə saxlanılacaq:

“Direktorla bağlı narazılıq hər zaman olub və olacaq. İstəyərik ki, Nəcibə Axundova budəfəki fəaliyyəti ilə öz nüfuzunu yenidən qaldırsın. Həmin direktorla söhbət aparılıb. Daha kiçik məktəbdə həmin xanıma ikinci bir şans verdik. Ümid edirik ki, bu qərara hörmətlə yanaşacağıq.

Bir il müddətində Nəcibə Axundovanın fəaliyyəti nəzarətdə saxlanılacaq”.

Nazir direktorların təyin olunması ilə bağlı da aydınlıq gətirib:

“Mən birinci direktor təyini ilə bağlı aydınlıq gətirmək istəyirəm. Direktor təyin etdikdə onların fəaliyyəti araşdırılır. Daha sonra həmin şəxsin fəaliyyətinə uyğun məktəbə direktor təyin edirik.

Direktorla bir illik müqavilə imzalanır. Müqavilə tarixi bitdikdə əgər fəaliyyət yaxşıdırsa, yenidən bir il müqavilə uzadılır. Əgər hansısa narazılıq olduqda bu araşdırılır. Çünki araşdırma zamanı məlum olub ki, birbaşa onunla bağlı olmayıb. Bu baxımdan biz Nəcibə Axundovaya növbəti dəfə şans verdik”.

Mənbə: lent.az