Elm və təhsil naziri dərs yükü problemlərini yaradan məsələlərə aydınlıq gətirib

Elm və təhsil naziri dərs yükü problemlərini yaradan məsələlərə aydınlıq gətirib<span class="qirmizi"></span>

 

Bakı, 25 noyabr, AZƏRTAC

Düşünürəm ki, dərsdə məzmunu çatdırmaq daha vacibdir, bu isə müəllimə bağlıdır. Bizim getməli olduğumuz istiqamət inteqrativ təlim olmalıdır. Bu istiqamətdə çalışırıq, məsələn uşaqlar STEAM təhsili alırlar.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirilən brifinqdə deyib.

Nazir dərs yükünün səbəbləri və bu problemin həlli yollarından söz açıb: “Müəllimlər əməkdaşlıq edərək şagirdin ünsiyyət bacarığının inkişafına çalışırlar. Amma biz əzbərləməklə əvvəldən həlli məlum olan məsələlərin öyrədilməsinə diqqət edirik. Biz qiymətləndirməni, qəbul imtahanlarının strukturunu dəyişdirmədən dərs yükü kimi problemləri aradan qaldıra bilməyəcəyik".

Mənbə: azertag.az