İcra başçısı “Canlı İşıqfor“un qonağı oldu

İcra başçısı “Canlı İşıqfor“un qonağı oldu <span class="qirmizi"></span>

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində, vətənə, torpağa bağlılıq, sadiqlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasında xüsusi rolu olan Xalid Musayev və onun gənc könüllüləri 44 günlük Vətən müharibəsinin şəhidlərinin dəfn mərasimlərində, anım günlərində Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bütün tədbirlərdə yaxından və böyük həvəslə iştirak edib. 

Əmircan qəsəbəsi, A.Rzayev küçəsində uzun illərdir könüllü olaraq hər gün səhər saat 7-dən axşam saat 18:00-dək piyadaların təhlükəsizliyini qoruyan Xalid Musayevin qonağı olan RİH başçısı Əziz Əzizov onun yaratdığı guşə ilə tanış olub.

Qeyd edək ki,  yolda təhlükəsizliyi təmin etməklə yanaşı X.Musayev məktəblilərə yol hərəkəti qaydalarını da öyrədir. 

Mənbə: yenisabah.az