Böyük Britaniyada minlərlə tibb bacısı tətilə hazırlaşır

Böyük Britaniyada minlərlə tibb bacısı tətilə hazırlaşır<span class="qirmizi"></span>

İngiltərədə Şotlandiya istisna olmaqla, ölkə daxilində minlərlə tibb bacısı gələn ay iki günlük kütləvi tətilə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərədə tibb bacılarını təmsil edən RCN (Royal College of Nursing) həmkarlar ittifaqı tərəfindən verilən açıqlamada, Şotlandiya istisna olmaqla, bütün ölkədə 15 və 20 dekabr tarixlərində iki günlük kollektiv tətilə qərar verildiyi qeyd edilib. Açıqlamada, tətilə qatılacaq tibb bacılarının təcili xəstələrə baxmağa davam edəcəkləri, lakin tətil çərçivəsində rutin sağlamlıq xidmətləri göstərə bilməyəcəkləri bildirilib. Britaniya hökuməti daha əvvəl RCN həmkarlar ittifaqının tibb bacıları üçün 19 faiz artım tələbini ödəməyin mümkün olmadığını açıqlamışdı. Tətil qərarı ilə bağlı birliyin bəyanatında qiymətləndirmələri yer alan RCN baş katibi Pat Cullen, “Nazirlər təəssüf ki, tətili seçdilər. Tibb bacısı xidmətləri lazımi səviyyədə qiymətləndirilməyib. Aşağı maaş, təhlükəli iş şəraiti, xəstələrimizə layiq olduqları xidməti göstərə bilməmək kifayət idi”. ifadələrdən istifadə etmişdir. Tibb bacılarını təmsil edən RCN-nin ölkə üzrə 300.000-dən çox üzvü var.

Mənbə: sia.az